Namizədlər üçün
CV göndərməyi dayandırın.
Onlarla elana müraciət edib cavab gözləmək əvəzinə bir dəfə güclü profil qurun. Sizə uyğun şirkətlər sizi tapsın və konkret təkliflə müraciət etsin.
İki model, iki nəticə
Adi iş saytı
HRWapp
Onlarla elana müraciət edirsiniz
Bir dəfə profil qurursunuz
Cavab gəlmir
Konkret təklif alırsınız
Maaş "razılaşma yolu ilə"
Maaş aralığı həmişə açıq
Nömrəniz hamıya açıq
Əlaqə yalnız sizin razılığınızla
Namizədlər üçün platforma tam pulsuzdur.
Sizə nə verir
Nəzarət sizdədir
Görünürlük seçimi
Profiliniz açıq, məhdud və ya gizli ola bilər. Hazırkı işəgötürəninizi bloklaya bilərsiniz.
Əlaqə məlumatı qorunur
Telefon və e-poçtunuz şirkətə yalnız siz təklifi qəbul etdikdən sonra açılır. Bundan əvvəl deyil.
Maaş həmişə açıqdır
Platformada maaş aralığı olmayan təklif göndərmək mümkün deyil. Vaxtınız hədər getmir.
Yalnız uyğun təkliflər
Maaş, şəhər, iş rejimi və məşğulluq növü üzrə gözləntilərinizi göstərirsiniz — filtr işə düşür.
Şəffaf statistika
Profilinizə hansı şirkətlərin baxdığını, neçə təklif aldığınızı və uyğunluq balınızı görürsünüz.
Etibar balı
Vaxtında cavab verdikcə etibar balınız artır və axtarış nəticələrində yuxarı çıxırsınız.
Addım-addım
5 dəqiqədə hazır olun
1
Qeydiyyatdan keçin
Ad, e-poçt və şifrə — vəssalam. Kart məlumatı tələb olunmur.
2
Profilinizi doldurun
Sistem profil gücünüzü faizlə göstərir və hansı bölmənin nə qədər dəyər verdiyini izah edir.
3
Gözləntilərinizi göstərin
Maaş aralığı, şəhər, iş rejimi. Bu, uyğun olmayan təkliflərin qarşısını alır.
4
Təklifləri gözləyin
Hər təklifdə uyğunluq balı, maaş aralığı və şirkət haqqında məlumat olur.
Suallar
Bu platforma adi iş elanları saytından nə ilə fərqlənir?
Ənənəvi saytlarda şirkət elan verir, namizəd müraciət edir. Burada model tərsinədir: şirkətlər namizəd bazasında axtarış aparır və uyğun gördükləri namizədlərə birbaşa iş təklifi göndərir. Namizəd təklifi qəbul edənə qədər onun əlaqə məlumatları açılmır.
Hazırkı işəgötürənim profilimi görə bilər?
Xeyr, əgər siz onu bloklasanız. Gözləntilər bölməsindən istənilən şirkəti bloklaya bilərsiniz — həmin şirkət profilinizi axtarışda görməyəcək və sizə təklif göndərə bilməyəcək. Həmçinin profilinizi tamamilə gizli rejimə keçirə bilərsiniz.
Platformadan istifadə pulludurmu?
Namizədlər üçün tam pulsuzdur — profil yaratmaq, təklif almaq, cavab vermək və yazışmaq ödənişsizdir. Şirkətlər istifadə əsaslı model üzrə ödəyir: abunə paketi kredit verir, əməliyyatlar kredit xərcləyir.
Telefon nömrəm şirkətlərə göstərilir?
Xeyr. Axtarış nəticələrində şirkət yalnız adınızı və soyadınızın ilk hərfini görür (məsələn "Elvin M."). Telefon və e-poçtunuz yalnız siz konkret təklifi qəbul etdikdən sonra həmin şirkətə açılır.
AI qərarları özü verir?
Xeyr. Uyğunluq balı yalnız qərar qəbulunu dəstəkləyən şəffaf göstəricidir. Balın hansı meyardan neçə bal aldığı bənd-bənd göstərilir. Son qərarı həmişə insan verir.
Təklifi qəbul etsəm işə düzəlməyə razılıq vermiş olurammı?
Xeyr. Qəbul etmək sadəcə danışıqlara başlamağa razılıq deməkdir. Əlaqə açılır, söhbət başlayır — sonrakı mərhələdə istənilən vaxt imtina edə bilərsiniz.
Niyə imtina səbəbini göstərməliyəm?
Səbəb şirkətə faydalı geri əlaqə verir və sizə gələcəkdə daha uyğun təkliflərin gəlməsinə kömək edir. Məsələn, "maaş uyğun deyil" seçsəniz, sistem bunu nəzərə alır.
Cavab verməsəm nə olur?
Təklif müəyyən müddətdən sonra avtomatik bağlanır. Lakin cavabsız qalan təkliflər etibar balınızı azaldır və axtarış nəticələrində aşağı düşməyinizə səbəb olur. Bir kliklə imtina etmək kifayətdir.
Test sualı?
Test cavabı.